
Bakıda bir qrup şəxsin kütləvi dava etməsinin görüntüləri yayılıb.
Badamdar qəsəbəsində yerləşən maşın bazarında qadın və uşaqlardan ibarət qaraçılar əlbəyaxa davaya çıxıblar.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı polisə müraciət daxil olmayıb. Lakin yayılmış görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən artıq araşdırmalara başlanılıb.
Qeyd edək ki, görüntülər "Baku.ws" saytı tərəfindən yayılıb.