
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirib.
Bu barədə səfir tviter hesabında yazıb.
“Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi bir daha göstərir ki, bu bölgədəki reallıqdan uzaq qərəzli mövqedir, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xidmət etmir, regionda sülh quruculuğu səylərinə zərər verir”, - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, bu gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib. Qətnamədə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklifi yer alıb.