Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Polşa ərazisinə raket zərbəsi endirilməsi xəbərinə münasibət bildirib.
Bu barədə Mişel tvitter hesabında yazıb.
"Polşa ərazisinə insanların ölümünə səbəb olan raket atılması xəbərindən şoka düşdük. Həlak olanların ailələrinə başsağlığı verirəm. Biz Polşanın yanındayıq. Mən Polşanın hakimiyyət orqanları, Avropa Şurasının üzvləri və digər müttəfiqlərlə əlaqə saxlayıram", - deyə Mişel bildirib.
Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.