Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avropada bu qış isti keçəcək


Avropada bu qış isti keçəcək

Avropada qış aylarında qeyri-adi dərəcədə isti olacaq, bu da enerjiyə xeyli qənaət etməyə imkan yaradacaq.

 

Bu barədə "Bloomberg" agentliyi Avropa İqlim Dəyişiklikləri Mərkəzinə istinadla məlumat yayıb.

 

Proqnozlara əsasən, Avropada bu qış hava həmişəkindən əhəmiyyətli dərəcədə isti keçəcək. Baltik, Aralıq dənizi və Şimal dənizlərinin sahilyanı rayonlarında temperaturlar tarixi səviyyədən yüksək olacaq.

 

"Qeyri-adi yüksək temperatur Avropa İttifaqı ölkələrinin öz anbarlarını doldurmağa tələsdiyi təbii qaza tələbatı azalda bilər. Rusiyanın Ukraynada apardığı müharibə yanacağın qiymətlərini görünməmiş həddə çatdırıb və regionda qiymət böhranına səbəb olub", - Bloomberg yazıb.





Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də