Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya əleyhinə qətnamə: Türkiyə dəstəklədi, Azərbaycan səs vermədi


Rusiya əleyhinə qətnamə: Türkiyə dəstəklədi, Azərbaycan səs vermədi 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının ötən gün baş tutan sessiyasında Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsini tələb edən qətnamə qəbul edilib. Qətnamə Rusiyanın Ukraynaya qarşı “səhv hərəkətləri” nəticəsində dəyən “zərərin, itkilərin və ya zədələrin ödənilməsi üçün beynəlxalq mexanizm”in yaradılmasının zəruriliyini özündə əks etdirib. 

 

Qətnamə 14-ü əleyhinə olmaqla 93 səslə qəbul olunub, 73 ölkə isə bitərəf qalıb. 

 

Qətnamədə, həmçinin Rusiya Federasiyasına Ukraynada hərbi əməliyyatları dayandırmaq və qoşunlarını bu ölkədən çıxarmaq üçün növbəti çağırış yer alıb.  

 

Sözügedən sənədin əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları Birliyi, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs verib. 

 

Postsovet məkanı ölkələrindən Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan səsvermədə bitərəf qalıb. Qətnaməni Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya dəstəkləyib. 

 

Azərbaycan və Türkmənistan isə səsvermədə iştirak etməyib. 

 

Digər dövlətlərə gəlincə, Macarıstan və Türkiyə də Rusiya əleyhinə qətnaməni dəstəkləyiblər. İndoneziya, Səudiyyə Ərəbistanı və Serbiya isə bitərəf qalıb. 

 

Qeyd edək ki, hazırda BMT-yə üzv olan ölkələrin sayı 193-dür. 

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də