“WhatsApp” istifadəçilərə sorğuları tez bir zamanda axtarmağa imkan verən yeni "axtarış filtri"ni təqdim edib.
Yeni funksiya konkret kateqoriyalar üzrə axtarış imkanı yaradır.
"Oxunmamış", "Foto", "Video", "Link" və s kimi bölmələrin köməyi ilə daxil olan və gedən məlumatları axtarmaq daha da asanlaşacaq.
Hazırda sorğuları axtarmaq imkanı daha çox beta testerlərinə təqdim edilib və yaxın günlərdə bütün istifadəçilər bundan yararlana biləcəklər.