Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda baş verən partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib.
Bu barədə o, özünün "Twitter" hesabında türk dilində yazıb.
"İstiqlal küçəsində baş verən partlayış nəticəsində çoxlu sayda insanın həlak olduğu və yaralandığı xəbərini dərin hüznlə öyrəndim. Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Dost türk xalqının dərdi bizim dərdimizdir", - paylaşımda deyilir.
Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 53 nəfər yaralanıb.