Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“ABŞ-n “S-400” sanksiyası dolayısı ilə Türkiyənin daxili işlərinə müdaxilədir”






Türkiyəyə rəsmilərinə tətbiq etdiyi sanksiya beynalxalq qanunlara hörmətsizlikdir.

“S-400”lərin satın alınması səbəbilə ABŞ Türkiyəyə sanksiya tətbiq edib Bu nə dərəcədə ədalətlidir? 

Məsələyə dair Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin mövqeyi belədir:

-Qeyd edim ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə (BMT) görə, hər bir ölkə özünü müdafiə etmək haqqına malikdir, bu baxımdan Türkiyə də öz təhlükəsizliyini qurmaq üçün bütün vasitələrdən istifadə edə bilər. Bu sarıdan Türkiyə öz təhlükəsizliyini təmin etmək məqsədi ilə Rusiyadan müasir texnalogiyaya malik S-400 raket kompleksini almaq haqqına malikdir. ABŞ-ın belə bir addım atması, yəni Türkiyəyə tətbiq etdiyi sanksiya beynalxalq qanunlara hörmətsizlikdir. ABŞ bu hərəkətləri ilə NATO üzvü olan dövlətlərə göz dağı vermiş olur, yəni kim ABŞ-ın dediyi ilə oturub-durmasa, onları da bu cürə aqibət gözləyir. ABŞ eyni zamanda Türkiyənin dünyada və bölgədə müstəqil siyasətini həzm edə bilmir, xüsusilə də Rusiya ilə Türkiyənin iqtisadi-siyasi sahədə sıx əməkdaşlığının yolverilməzliyini aşıq nümayiş etdirməkdədir. S-400 raket kompleksi ilə bağlı tətbiq edilən sanksiya ABŞ-ın dolayısı olaraq Türkiyənin daxili işlərinə müdaxiləsidir. Yəni, ABŞ demək istəyir ki, mən kimdən desəm, ondan da silah ala bilərsən. ABŞ, sanki özünü dünyanın silah bazarının rəhbəri kimi aparır.

“S-400”lərin alınması ilə bağlı Türkiyə rəsmilərinə tətbiq olunan sanksiya, əslində, Türkiyəyə qarşı deyil, Rusiyaya qarşı yönəldilib, bu barədə ABŞ Dövlət Departamenti məlumat da yayıb, bu cürə bəyanatlar fikrini yayındırmağa yönəlib.

Rusiya üçün isə fərqi yoxdur ondan kim silah... Bundan başqa, NATO üzvü olan Yunanıstanın isə S-400 raketlərini almasına görə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaları alqışlaması onu göstərir ki, bu hərbi blokun daxilində ciddi problemlər var. Artıq hər şeyi öz adı ilə deməyin vaxtıdır, Türkiyənin NATO-da qalmasının prespektivi yoxdur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də