Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rəşad Dağlıya yardım məqsədilə pul yığılır? - Vəkilindən AÇIQLAMA

Sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən kart kesabları paylaşılaraq həbsdə olan meyxanaçı Rəşad Dağlının (Əmirov) ailəsinə yardım məqsədilə pul yığılmasına başlanılıb.

E-huquq.az məsələ ilə bağlı meyxanaçının vəkili Elvin Əliyevlə əlaqə saxlayıb. Vəkil e-huquq.az-a açıqlamasında bildirib ki, Rəşad Dağlı və ailəsinin sözügedən yardımlarla heç bir əlaqəsi yoxdur.

"Rəşadla əlaqə saxlayıb bu barədə danışmışam. Onun və ailəsinin yığılan pullarla bağlı heç bir məlumatı yoxdur, onlar belə bir təşəbbüs göstərməyiblər. Rəşad onu sevənlərə və həssaslıq göstərənlərə təşəkkür edir. Lakin belə bir yardıma ehtiyac yoxdur.
Bu pullar qanunsuz şəkildə yığılır. Xahiş edirəm ki, vətəndaşlar belə hallara aldanmasınlar", - deyə E.Əliyev qeyd edib.

Qeyd edək ki, tanınmış meyxanaçı qonşusu İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilir. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəyalə Bünyatova


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də