Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Vaşinqtonun ədalətsiz sanksiya qərarı Türkiyəni öz yolundan döndərə bilməz..."






Aydınlar Partiyasının sədri, sabiq millət vəkili Qulamhüseyn Əlibəyli Vaşinqtonun Ankaraya tətbiq etdiyi sanksiyanı Moderator.az-a şərh edib:

"S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqi Türkiyənin beynəlxalq aləmdə siyasi nüfuzunun durmadan artması ilə əlaqədardır. ABŞ beynəlxalq aləmdə baş verən proseslərə digər dövlətlərin təsir imkanlarını minimuma endirməyə çalışır. Məlumdur ki, Türkiyə Yaxın və Orta Şərqdə, daha sonra isə Cənubi Qafqazda geosiyasi mövqeyini və təsirini gücəndirmişdir və əsas söz sahiblərindən birinə cevrilmişdir. Azərbaycanın Vətən müharibəsi dövründə Türkiyə Azərbaycana siyasi və mənəvi cəhətdən dəstək göstərmiş, təkcə sözdə deyil, həm də işdə dövlətimizin və xalqımızın yanında olmuşdur. Bu da dünyanın hər yerini özünün həyati maraqları dairəsinə aid etmiş dövlətin belə reaksiyasına səbəb olmuşdur.

Digər tərəfdən Türkiyənin öz müdafiə qabiliyyətini gücləndirmək istiqamətində atdığı addımların qarşılığında ona sanksiyaların tətbiqi ABŞ beynəlxalq münasibətlərə ikili standartlarla yanaşdığını bir daha göstərir. Belə ki, NATO-ya üzv bəzi digər dövlətlər tərəfindən analoji hava hücumundan müdafiə sistemi istifadə edilir və ABŞ onlara münasibətdə sanksiyalar tətbiq etmir.

Belə ikili standartlar əsasında qəbul edilən ədalətsiz sanksiya qərarı Türkiyəni öz yolundan döndərə bilməz. Türkiyə milli təhlükəsizliyinin daha səmərəli təmini üçün zəruri hesab etdiyi digər addımları atmaqda davam edəcək. Azərbaycan dövləti və xalqı bu işdə qardaş Türkiyənin yanındadır və həmişə yanında olacaq".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də