Bir çox ekspertlər müəyyən məhsulları qadağan etməyi düzgün hesab etmir. Həqiqətən yemək istədiklərimizdən imtina edilməsi artıq yeməyə və nəticədə çəkimizin artmasına gətirib çıxara bilər.
Bəs ilk baxışdan təhlükəsiz görünən yeməklə nə etməli?
Əgər siz artıq çəkinizdən xilas olmaq istəyirsinizsə, qida rasionunuza bu 7 meyvəni daxil etməyin və ya az miqdarda istifadə edin.
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
Meyvələr sağlamlıq üçün faydalıdır, lakin onların bəzilərinin tərkibində çoxlu miqdarda şəkər və kalori olduğundan səmərəli arıqlamaq üçün məhsullar siyahısına daxil deyil.
Əgər siz hazırda gözəl bədən fiqurası barədə arzu edirsinizsə, bu meyvələrdən kənar dayanın.
Avokado
İstənilən kalorili meyvədən, o cümlədən avokadodan da mülayim miqdarda istifadə etmək lazımdır. Bu meyvə orqanizmə lazım olan faydalı yağların yaxşı mənbəyi olmasına rəğmən, o, həm də çəkinizi artıracaq. Deyilənə görə, bu meyvənin 100 qramında 200 kalori və 20 qram yağ var. Lakin avokadonu qida rasionunuzdan tamamilə çıxarmaya bilərsiniz, sadəcə, bu meyvəni normal miqdarda yemək lazımdır.
Banan
Banan çox faydalıdır, lakin sui-istifadə etmək olmaz. Məsələn, məşqdən öncə energetik batonu əla əvəz edə bilər, ona görə də biz tez-tez peşəkar idmançıların oyunlararası fasilələrdə banan yeməsinin şahidi oluruq. Bundan başqa, bananın tərkibində selüloza və kalium var, birincisi həzmə kömək edir, ikincisi elektrolit kimi təsir edir.
Bununla yanaşı, bu meyvənin tərkibində 150 kalori var, bu da 37, 5 qram karbohidrat və 14 qram şəkər deməkdir. Ona görə də arıqlamaq istəyirsinizsə, bir ədəddən artıq banan yemək məsləhət deyil.
Manqo
Ananas və ya manqo kimi tropik meyvələrin tərkibində gizli kalori ola bilər. Manqo A və C vitaminləri ilə zəngindir, dəri və saçlar üçün xüsusilə faydalıdır.
Lakin manqonun tərkibində çoxlu miqdarda şəkər var və bir meyvədə 31 qram təşkil edir. Xoşbəxtlikdən, manqo böyükdür və onu kəsib hissələrlə yemək olar. Siz porsiyalara nəzarət edin və sağlam surətdə arıqlayın.
Kokos ləti
Kokos suyu sağlamlıq üçün faydalı hesab edilir, amma onun dibindəki ləti çoxlu miqdarda istifadə ediləndə çəkini artıra bilər. 100 qram kokosda 283 qram kalori var, əsas hissəsi yağdır. Kokos ləti şirin dadır, lakin çəkisinə fikir verənlər bundan imtina etməlidir.
Üzüm
Üzüm yüngül və dadlı qəlyanaltıdır. Onun qabığında kvarsetin və resveratrol kimi antioksidantlar var, hər ikisi ürək problemlərinin riskini azaldır. Onlar həmçinin aşağı sıxlığı olan lipoproteinlərlə və ya "pis" xolesterinlə mübarizə aparır və arıqlamaq istəyənlərə əla uyğun gəlir.
Lakin unutmayaq ki, bir fincan üzümdə 15 qram şəkər ola bilər, ona görə də bu meyvədən ehtiyatla istifadə edilməlidir.
Nar
Narın tərkibində çoxlu vitaminlər var və ürək xəstəliklərinin riskini azaldır. Məşqlərdən öncə idmançılar istifadə etdikdə, iş qabiliyyəti yüksəlir.
Bu zaman nəzərə almaq lazımdır ki, bir meyvədə 39 qram şəkər olur, ona görə də nardan ehtiyatla istifadə etmək tövsiyə edilir.
Xurma
Biz eşitmişik ki, pəhriz zamanı pirojna və konfetləri xurma ilə əvəz etmək yaxşıdır. Amma bu, mübahisəlidir. Bir tərəfdən 4-5 ədəd xurma 100 kkal deməkdir, amma bir fincan xurma artıq 400 kkal təşkil edir.
Bundan başqa, xurmanın qlikemik indeksi, yəni qlükozanın qana düşmə sürəti yüksəkdir. Bu da insulin ifrazını stimullaşdırır, deməli, arıqlamaq son dərəcə çətin olacaq.
Quru meyvələr
Quru meyvələrdən qara gavalı, üzüm, quru ərik arıqlamaq üçün dost ola bilməyəcək. Bir qram üzüm qurusunda su olmadığından daha çox kalori ola bilər.
Yadda saxlayın ki, bir fincan quru üzümdə 500 kalori, qara gavalıda 450 kalori var. Amma quru meyvələrdən tamamilə imtina etməyin, qida rasionunuzda məhdudlaşdırın.
Meyvə şirəsi
Meyvə şirələrini tərkibində təbii meyvələr və sağlamlıq üçün digər faydalı inqridiyentlər olduğu reklam edilir. Əslində isə onun tərkibində çoxlu şəkər var və qazlı sular və limonadlardan yaxşı deyil. Belə şirin içkilər istifadə edəndə gün ərzində yediklərinizə yüz kalori əlavə etmiş olursunuz. Bunun əvəzinə təzə meyvə şirələrindən istifadə edin.
Müəllif: Yekaterina Dmitriyeva