Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransanın xarici işlər naziri İtaliyanı hədələdi

İtaliya dənizdə xilas edilmiş miqrantları qəbul etməkdən imtina etməyə davam edərsə, bunun nəticələri ilə üzləşəcək.
Bunu "Le Parisien” qəzetinə müsahibəsində Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.
"Bizim üçün bu, böyük məyusluqdur. İtaliya beynəlxalq və ya dəniz qanunlarına hörmət etmir. İtaliyanın baş naziri Corc Meloninin Fransanın miqrantları qəbul etməli olduğuna dair açıqlamalar verməsi bizim mübadilələrimizlə tamamilə ziddiyyət təşkil edir. İtaliya belə davam etsə, bunun nəticələri olacaq” - deyə, o bildirib.

Nazir xatırladıb ki, Fransa İtaliya limanlarının girməyə icazə vermədiyi "Ocean Viking” gəmisindən miqrantları qəbul etməli olduqda, Paris də öz növbəsində İtaliyada gözləyən miqrantların Avropa İttifaqı daxilində yerləşdirilməsini dayandırıb.
 
///Report

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də