Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məktəbli çantalarından daha vacib problemlər var - SƏDR


Məktəbli çantalarından daha vacib problemlər var - SƏDR

İllərdir ki, hər yeni tədris ili başlayanda məktəbli çantalarının ağırlığı, bunun isə uşaqların səhhətində fəsadlar yaratması müzakirə olunur. Hətta Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Fatma Yıldırım məsələni bir daha qabardaraq, rəsmilərin diqqətii problemə yönəldib. Deputat deyib ki, çantaların ağırlığı səbəbindən ibtidai sinif şagirdləri arasında skolioz xəstəliyi artıb. 

 

Sözügedən problemlə bağlı Elm və Təhsil Naziri yanında İctimai Şuranın sədri Günel Səfərova  danışıb.

 

G.Səfərova deyib ki, məktəbli çantalarını daha da ağırlaşdıran iş dəftərləri idi. Ona görə də iş dəftərlərindən istifadənin məcburiliyi aradan qaldırıldı:

 

 

“İş dəftərləri ləğv edildikdən sonra məktəbli çantalarının həcmi daha münasibləşdi. Bundan əvvəl iş dəftərləri, əlavə kitablar tələb olunanda çantaların ağırlığı ilə bağlı şikayətlər daha çox olurdu. Son bir ilə yaxındır ki, bu məsələ ilə bağlı ciddi şikayətlər olmur. Dünyanın əksər ölkəsində məktəbli çantalarının ağır olması ilə bağlı məsələ müzakirə olunur. Məktəblə valideynlər həll yolu tapa bilər. Məsələn, sinifə əlavə kitablar qoyula bilər ki, şagirdlər həmin kitabı evdən gətirməsinlər. Bir valideyn olaraq mən də düşünürəm ki, məktəbli çantaları ağırdır. İllər əvvəl də çantaların ağırlığı müzakirə mövzusu olub. Amma indi əlavə fənnlər çoxdur və onları tədrisdən çıxarmaq mümkün deyil. İnanmıram ki, məsələ ilə bağlı ciddi inzibati tədbir görüləcək. Görüləcək əsas iş o oldu ki, iş dəftəri məcburiyyətdən çıxdı və könüllü oldu”.

 

İctimai şuranın sədri onu da qeyd edib ki, əksər ölkələrdə şagirdlər diyircəkli çantalardan istifadə edirlər:

 

“Bu diyircəkli çantalar məsələnin həlli yolunda  kifayət qədər yetərlidir. Məsələn, Bakı şəhərini götürsək, bizdə o cür şərait yoxdur. Yollar çirklidi, gigiyenik deyil. Bir valideyn olaraq başqa bir məsələnin gündəmə gətirilməsini istəyərdim. Müşahidələr göstərir ki, bizim uşaqlarda cırlaşma gedir, bunu rəsmi və ya qeyri-rəsmi hər birimiz deyirik. Bunun başlıca səbəblərindən biri fiziki tərbiyə dərslərinin mütəmadi keçirilməməsidir. Etiraf edək ki, fiziki tərbiyə dərsində müəllimlər digər dərsləri keçirlər. Bunları daha çox gündəmə gətirməliyik ki, uşaqlarımız fiziki tərbiyədən geri qalmasınlar. Bunun fəsadları isə böyüyəndə özünü göstərir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də