
Gəncədə kişi həyat yoldaşını bıçaqlayıb.
Hadisəni törədən şəxs sonra özünü bıçaqlayaraq intihar edib.
Məlumata görə, Gəncə şəhər ərazisində 1982-ci il təvəllüdlü H.Quliyeva gözlərindən bıçaq xəsarəti alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən kişi sonradan özünü bıçaqlayaraq intihar edib.
İnsident Gəncə şəhər Uzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.