
Bakıda "Bakubus" avtobusu yaşlı kişini vurub.
Hadisə Yasamal rayonu ərazisində baş verib.
Məlumata görə, 1992-ci il təvəllüdlü Valeh Məmişov idarə etdiyi "Bakubus"a məxsus 141 nömrəli marşrut avtobusu ilə 1938-ci il təvəllüdlü Qesabulla Dadayevi vurub.
Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.