Bərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasının müdir
Leyla Məmmədova
Leyla Məmmədova
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə tarix yazdı. Xalqımızı öz milli hədəflərinə çatdırdı, Azərbaycan dövləti ən yüksək zirvəsinə ucaldı, ən güclü dövrünə yetişdi. Qazanılan Zəfər möhtəşəm və qürurludur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
Bəli, noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ - Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı.
Bəli, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd, yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida!” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.
Bu günlərdə cənab Prezidentimiz İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlara səfərləri, böyük qələbəni xalqla birlikdə qeyd etmələri hər birimizi qürurlandırdı. Bütün dünya tarixi ədaləti bərpa edən Azərbaycan Ordusunun, cənab Ali Baş Komandanın və xalqımızın gücünü gördü.
Qeyd etdiyimiz kimi, noyabr ayı artıq müasir tariximizin parlaq zəfər səhifəsi kimi yaddaşlarımıza həkk olunub. Bu mənada ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmən üzərində qazandığımız qələbə münasibətilə başda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi və bütün Azərbaycan xalqın 8 Noyabr-Zəfər Günü bayramı münasibətilə təbrik edir, müstəqil azərbaycanımıza daima sülh-əminəmanlıq, uğurlar arzulayırıq.
Yaşasın müstəqil Azərbaycan!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Bərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasının müdiri
Leyla Məmmədova