Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə avtoqəza törədiblər.
Artıq miqdarda spirtli içki qəbul edən qanunsuz erməni silahlı dəstəsinin 3 üzvü avtoqəzaya düşüb.
Ağır yol-nəqliyyat hadisəsi nəticəsində qanunsuz dəstənin bir üzvü hadisə yerində ölüb, digər “könüllü”lər isə ağır yaralanıb.
Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Xankəndidə tibb məntəqəsinə yerləşdirilən digər iki erməninin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Məlumat ört-basdır edilsə də, qəza və ölüm faktı ilə əlaqədar hərbi polis tərəfindən araşdırmaya başlanılıb.