Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Hələ bir neçə il bundan qabaq yazmışdım ki, bu, biabırçılıqdır, amma tədbir görülmədi..."






Yazıçı Seyran Səxavət redakiyamıza zəng vuraraq pensiya məsələsində problem yarandığını bildirib. Yazıçı bildirib ki, o, və həyat yoldaşı pensiyasını bu günə kimi Beynəlxalq Bankdan alıb, lakin bu dəfə onlara demədən pensiyaları “Kapital Bank”a keçiriblər. Bu dəfə isə “Kapital Bank”ın yalnız Nərimanov rayonunda yerləşən filialı Bakı şəhərində yaşayan insanların yeni pensiya kartlarını verir. S.Səxavət deyib ki, indi sərtləşdirilmiş karantin rejimində bankın qarşısında bu cür sıxlıq yaradıb, insanlara əziyyət vermək yolverilməzdir axı. Bildirib ki, həyat yoldaşı üç saat icazə alaraq günlərdir bankın qarşısında digər insanlarla yanaşı növbə gözləyir. Yazıçı əməkdaşımızdan bu məsələyə köməklik etməsini istəyib. 

Əməkdaşımız problemlə bağlı bank üzrə ekspert Əkrəm Həsənovla əlaqə saxlayıb və ekspert açıqlamasında vətəndaşın haqlı olduğunu bildirib:

“Ümumiyyətlə, hər kəsin bank kartı varsa, (bunun maaş və pensiya kartı olmasının fəriq yoxdur) bu o deməkdir ki, həmin şəxsin bankda bank hesabı var. Yəni kart sadəcə bank hesabından istifadə alətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə bank hesabı müqaviləsi könüllüdür, yəni heç kəsi zorla hansısa bankın müştərisi etmək olmaz. Yəni onlar Beynəlxalq Bankın müştərisi olanda belə bunu düz etməyiblər. Bizdə adətən iş adamları işçini işə götürüb hansısa bankla danışıb  o bank vasitəsilə maaşını verir. Bununla bağlı işçisinin razılıq ərizəsi olmalıdır. Bizdən başqa bütün dünyada qayda belədir. Müştərinin icazəsi olmadan onun pensiya və ya əmək haqqının hansısa banka yönləndirilməsi insan haqlarının, Mülki Məcəllənin kobud pozulmasıdır və eyni zamanda, bütün dünyadakı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi prinsiplərinə də ziddir. Çünki həmin prinsiplərə görə bank müştərisini tanımalıdır. Yəni burda bank müştərilərini tanımır, sadəcə banklar arasında müqavilə bağlanıb. Burda da qanun pozulub. Mən bu məsələni hələ bir neçə il bundan qabaq qaldırmışdım və yazmışdım ki, bu biabırçılıqdır. Amma heç bir tədbir görmədilər. 

Əlbəttə, vətəndaşların pensiyası əvvəl “Beynəlxalq Bank”da olub və indi də “Kapital Bank”a keçirilib. Bu da qanunsuzdur, yəni hər bir vətəndaşın öz bankını seçmək hüququ var. İndi həmin kartların yalnız bir filialda verilməsi vətəndaşın vaxtında kartını ala bilməməsinə və sərt karantin rejimində insanların virusa yoluxmasına səbəb olur. Bütün bunlar xoşagəlməz haldır. “Kaptal Bank” özlərinə rahatı seçərək, insanları isə narahat etməklə bu cür addım atır. Əslində bu məsələdə “Kapital Bank”ın seçilməsinin əleyhinə deyiləm, çünki “Kapital Bank” ən geniş filial şəbəkəsi olan bankdır.  “Kapital Bank” filialı çox olduğuna görə seçilib. Amma son məqamda kartı vermək üçün bir filialı seçiləcəksə, onda sual olunur ki, niyə bu bankı seçiblər? Bu işdə “Kapital Bank”ın bütün filialları fəaliyyət göstərməlidir. Əgər fəaliyyət göstərmirsə, bu o deməkdir ki, bank rəhbərliyi qənaət edir. Yəqin ki, işçilərini koronavirusa görə öz hesabına məzuniyyətə göndərib, onlara maaş vermək istəmir, ya da ki, az maaş verir. Bununla da camaatın başına oyun açır. Bankın bütün filialları işləyərək insanların kartını operativ şəkildə verilməsini təmin etməlidir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də