Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azyaşlı qısnamaya məruz qaldı - Ailəsi onu bağışladı


Azyaşlı qısnamaya məruz qaldı - Ailəsi onu bağışladı

Sosial şəbəkələrdə Salyan rayonunda kəndlərin birində 42 yaşlı N.N tərəfindən azyaşlının qısnamaya məruz qalması və polisin etinasızlığı ilə bağlı iddialar yayılıb. 

 

İddialarla əlaqədar DİN-in Mətbuat Xidmətinin regional qrupundan polis kapitanı Nizam Həmidov  bildirib ki, rayon sakini Ə.Q oktyabrın 30-da DİN-in "102" xidmətinə zəng edərək 13 yaşlı qızının məktəbdən qayıdan zaman naməlum şəxs tərəfindən qarşısının kəsilməsi və narahat edilməsi barədə məlumat verib.

 

Daxil olan müraciətlə əlaqədar Salyan RPŞ-də  araşdırma aparılıb. Keçirilən tədbirlər nəticəsində yeniyetməni narahat edənin rayonun Kərimbəyli kənd sakini, ruhu əsəb xəstəsi olan Mahir Həsənov olması müəyyən edilib.  

 

Sonradan azyaşlının valideyni həmin şəxsi tanıdığından və əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiyindən şikayət və tələbinin olmadığını bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də