
Türkiyənin Çanaqqala vilayətindən keçən Dardanel boğazında ekstremal hava şəraiti ilə əlaqədar gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Buna səbəb sis-dumanlı hava şəraiti nəticəsində görmə məsafəsinin minimuma enməsi olub.
Çanakkale Gəmi Nəqliyyatı İdarəsinin qərarına görə, hava şəraitinin normallaşmasından sonra qadağa ləğv olunacaq və gəmilərin Dardanel boğazında hərəkəti bərpa olunacaq.