Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dəfn edilib.
Mərasimdə sabiq nazirin ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, F.Məmmədov noyabrın 3-də Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.