Azərbaycan manatının məzənnəsinin sabit qalması üçün çalışırıq.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən nazir Samir Şərifov bildirib.
“Biz Maliyyə Nazirliyi olaraq Azərbaycan Mərkəzi Bankı ilə birgə işlər görürük və sabitlik mövzusunda maraqlıyıq”, - nazir deyib.
Samir Şərifov, həmçinin ölkənin xarici borclarına da toxunub: “Biz bu sahədə işlər görürük. Xarici borclarda sabitlik yaradırıq. Bunun səbəbi xərclərin artmaması üçündür”.