“Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi , Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “ Orta ümumitəhsil məktəblərində antinarkomaniya tədbirlərinin təşkili” layihəsinin icrasını yekunlaşdırdı.
Bu barədə Sosialmedia.az-a birliyin mətbuat xidmətindən məlumat verilib.
Sonuncu təlim 01.11.2022-ci il tarixində Sumqayıt şəhər 34 saylı tam orta məktəbdə keçirildi. 52 nəfər şagirdin iştirak etdiyi təlimi layihə rəhbəri Vüsal Hüseynov açaraq layihə barədə şagirdlərə məlumat verdi. Layihənin əsas məqsədi: – Sumqayıt şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində yeniyetmələr arasında narkomaniya ilə bağlı məlumatlılığının artırılması və bu barədə onların maarifləndirməsidir.
Layihənin ümumlik də Sumqayıt şəhərində 3 ay müddətin də 9 məktəb də icra olundu. Sumqayıt şəhərində yerləşən 9 orta məktəbin hər birində 1 maarifləndirici tədbir keçiriləcək, mövzu ilə bağlı 275 ədəd buklet hazırlandı və məktəbin yuxarı sinif şagirdlərinə paylanılıldı.
Layihənin icrası yeniyetmələr arasında zərərli vərdişlərdən uzaq olmaq, onları bu bəlaya düçar olmaması üçün aparılan təbliğat kampaniyasıdır.
Layihənin yekunlaşmasına baxmayaraq, mütamadi olaraq bütün məktəb və universitetlər də təşkil ediləcək.
Təlimçi Emil Maqalov narkomaniya barədə, onun törətdiyi fəsadlar barədə geniş danışdı. Qeyd etdi ki, narkomaniya qlobal problem olaraq bütün dünyanı narahat edən məslələrdən biridir.
Ölkəmizdə narkomaniyaya qarşı düşünülmüş və qətiyyətli mübarizə aparılır. Ancaq təəssüf ki, narkotik vasitələrdən istifadə halları getdikcə artır.
Xüsusilə narkotik istifadəçilərinin yaş həddi riskli olaraq xeyli aşağı düşüb. Ona görə orta məktəbin yuxarı sinif şagirdləri əsas risk qrupları hesab olunur.
Bunu nəzərə alaraq orta məktəblərdə narkomaniya ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsinə böyük ehtiyac var.
Sumqayıt şəhəri ərazisi və əhalisinə görə Azərbaycanın ən böyük şəhərlərindən biridir.
“Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi Sumqayıt şəhərində apardığı araşdırmalar nəticəsində 12-18 yaş arası yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadə hallarının kəskin artması müəyyən edilmişdir.
Rəsmi məlumatlara görə, 2020-ci ildə narkotiklərlə bağlı cinayət məsuliyyətinə 3105 nəfər cəlb edilib.
“Onlardan 16-18 yaşadək 4 nəfər, 18-25 yaşadək 251 nəfər, 26-29 yaşadək 526 nəfər, 30 yaş və ondan yuxarı isə 2308 nəfər təşkil edir. Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 198 fakt aşkar edilib, faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 197,9 kiloqram müxtəlif növ narkotik vasitə, 6 kiloqram 501,4 qram psixotrop maddə, 2 kiloqram 651 qram prekursor çıxarılıb”.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib.
Sonda Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanan bukletlər təlim iştirakçılarına paylanıldı.