Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Uşağın qızdırması 38-ə çatmayıbsa, dərman verməyin!


Uşağın qızdırması 38-ə çatmayıbsa, dərman verməyin!

“Uşaqlarda qızdırma 38,5 dərəcədən aşağı olarsa, qızdırmanı salmağın əhəmiyyəti yoxdur”.

 

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

 

Onun sözlərinə görə, qızdırması olan uşaqların üstünü çox örtmək düzgün deyil:

 

“Onsuz da uşağın qızdırması var, onu tərlətmək məqsədilə üstünü örtmək vəziyyəti daha da pisləşdirə bilər. Əgər uşaqlarda qıcolma yoxdursa, 38,5 dərəcədən yüksək olmadığı halda hərarət salan dərmanlardan istifadə tövsiyə edilmir. Lakin qıcolması olan uşaqlar üçün ortalama hərarət dərəcəsi 38 olaraq götürülür. 38 dərəcədən yüksək olarsa, dərhal hərarət salan dərman preparatlarının qəbul edilməsi tövsiyə edilir. Təbii ki, həkim məsləhəti çərçivəsində”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də