40-dan çox erməni əsirin olduğu təyyarə bir neçə dəqiqə əvvəl İrəvanın Erebuni aerodromuna enib.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edək ki, Ermənistannın baş naziri Nikol Paşinyan buna qədər bildirmişdi ki, İrəvan və Bakı “hamının hamıya” prinsipi ilə əsirlərin mübadiləsi barədə razılığa gəliblər. Erməni tərəfinin bildirdiyinə görə, Azərbaycanda bu ölkənin 60 hərbi qulluqçusu və 40 mülki şəxs əsirlikdə saxlanılırdı.