Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputat maşınla uşaq vurdu - Hadisə yerindən qaçdı


Deputat maşınla uşaq vurdu - Hadisə yerindən qaçdı

Rusiyanın Novosibirsk vilayətinin Tatarski rayonunda “Vahid Rusiya” partiyasının deputatı Sergey Mamontov avtomobillə uşaq vurub.

 

Deputat qəzadan sonra hadisə yerindən qaçıb.

 

"Vahid Rusiya" partiyasının regional bölməsinin mətbuat katibi Yuliya Şvets deputatın partiyadan ixrac ediləcəyini bildirib.

 

"Tatarski Rayon Deputatlar Şurasının deputatı Sergey Mamontovun hərəkəti çaşqınlıq və ikrah doğurmaqdan başqa bir şey deyil. Uşağı əzib, onu köməksiz vəziyyətdə yolda qoyanı tam mənada insan adlandırmaq belə çətindir.

 

O, qanunun ən ağır həddi ilə cəzalandırılmalıdır. “Vahid Rusiya”ya gəlincə, o, Mamontovu rüsvayçılıqla partiyadan və rayon şurasındakı deputat birliyindən xaric edəcək, həmçinin yaralı oğlana və onun ailəsinə bütün lazımi yardımı göstərəcək”, - Şvets bildirib.

 

Qeyd edək ki, qəza bazar günü baş verib. Regional Prokurorluq hadisə ilə bağlı cinayət işi başladıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də