Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyalı həmsədr koronavirusa yoluxdu






ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov koronavirus infeksiyasına yoluxub.

Modern.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

Məlumata görə, İqor Popov COVID-19-a yoluxduğundan həmsədrlərin regiona səfərlərində iştirak edə bilməyib.

Qeyd edək ki, Minsk Qrupunun həmsədrləri ötən gün Bakıda, bu gün isə İrəvanda səfərdə olublar. Həmsədrlərin Bakıda keçirdiyi görüşlərdə Rusiyanı bu ölkənin səfiri Mixail Boçarnikov, İrəvandakı görüşlərdə isə Rusiyanın müvəqqəti işlər vəkili Aleksey Sinequbov təmsil edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də