Çexiyanın paytaxtı Praqada on minlərlə insanın iştirakı ilə mitinq keçirilib.
Aksiyada iştirak edənlər populizm və ekstremizmə qarşı şüarlar səsləndiriblər.
Etirazçıların çoxu Çexiya, ABŞ, NATO və Ukrayna bayraqlarını dalğalandırıb, Rusiyaya qarşı müharibədə Ukraynaya dəstəyini ifadə edib.
Nümayişdə, həmçinin Ukraynanın birinci xanımı Yelena Zelenskayanın insanları ölkəsində baş verənlərə diqqət ayırmağa çağıran videoçarx nümayiş etdirilib.
“Rusiyanın bizi və bütün dünyanı qaranlığa sürükləməsinə imkan verməyəcəyik”, - deyə Zelenskaya bildirib.
Qeyd edək ki, bundan iki gün əvvəl Çexiyada Avropa İttifaqı və NATO-ya qarşı genişmiqyaslı aksiya keçirilmişdi.