Cənubi Koreya prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.
Seulun mərkəzində Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda azı 151 nəfər həlak olub, 82 nəfər xəstəxanaya yerləşdirilib. Yaralananlardan 19 nəfərin vəziyyəti ağırdır.
Məlumata görə, ölənlər arasında iki əcnəbi də var. Onların milliyyəti barədə məlumat verilməyib.