Türkiyə Somaliyə başsağlığı verib.
Ölkənin paytaxtı Maqadişuda baş vermiş terror aktında xeyli sayda insanın həlak olması Türkiyə dövlətini dərindən sarsıdıb.
Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, yaralıların çoxu Maqadişudakı Rəcəb Tayyib Ərdoğan adına xəstəxanada müalicə alır.
Türkiyə XİN yaralılara şəfa diləyib.