Aparıcı Zaur Kamal “Xəzər” televiziyası ilə yollarını ayırıb.
Musavat.com xəbər verir ki, teleaparıcı “ATV” telekanalının qarşısında çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. O, fotoya ““Xəzər” TV ilə yollarımı ayırdım. Bir az istirahət etmək istəyirəm. İnşallah, yenə görüşəcəyik", - şərhini yazıb.
Kamalın bu paylaşımı onun ATV-də fəaliyyətini davam etdirəcəyi barədə xəbərlərin yayılmasına səbəb olub.
Qeyd edək ki, bir müddət əvvəl Z.Kamalın “Xəzər”in nəzdində fəaliyyət göstərən “Dalğa” TV-də aparıcılıq edəcəyi deyilirdi.