Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyada Azərbaycana qarşı növbəti təxribat - VİDEO


Rusiyada Azərbaycana qarşı növbəti təxribat - VİDEO

Rusiyanın “Rossiya 24” dövlət telekanalında Azərbaycan əleyhinə süjet nümayiş olunub.

 

Jurnalist Natalya Solovyova Qərbin Vaşinqtonun simasında “Qarabağ Azərbaycandır” şərtləri ilə sülh təklif etdiyini bildirib və başqalarının itkiləri ilə (yəni Ermənistan Qarabağsız qalır) hesablaşmayacağından şikayətlənib.

 

Bundan başqa, süjetdə Ermənistanın baş naziri Nikol Paşinyan prezident adlandırılıb, daha sonra Qarabağdakı separatçı rejimin “keçmiş rəhbəri”ndən sitat gətirilib, həmçinin ermənipərəst ekspertlərin çıxışları təqdim olunub.

 

Xatırladaq ki, son vaxtlar Rusiyanın dövlət kanallarında bir neçə dəfə Azərbaycan əleyhinə süjetlər və reportajlar nümayiş etdirilib.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də