Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Antarktidaya səfər edib.
O, Antarktidada ölkənin elm adamları ilə görüşüb və tarixi əhəmiyyətə malik yerlərə baş çəkib.
Baş nazir səyahəti bitirib cümə günü Yeni Zelandiyaya qayıtmalı idi. Ancaq onu gətirən təyyarədə nasazlıq aşkar edilib və Antarktidada bir gün keçirmək məcburiyyətində qalıblar.
Ardern və onunla birlikdə səyahət edən şəxslər şənbə günü C-13 "Hercules" hərbi təyyarəsi ilə geri dönəcəklər.