
Polşa ordusuna “Bayraktar TB2" zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyası təhvil verilib.
Bu barədə Polşa baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşçak məlumat yayıb.
"Bayraktar"ların ölkənin şimal-şərqində yerləşən Miroslavec şəhərindəki bazaya təhvil verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Nazir qeyd edib ki, PUA-ları idarə edəcək hərbçilər artıq Türkiyədə təlim keçiblər.
Qeyd edək ki, Polşa "Bayraktar TB2" PUA-larını alan ilk NATO ölkəsi olub. "Baykar" şirkəti tərəfindən istehsal edilən sistemlər dünyanın 20-yə yaxın ölkəsinə satılıb.