Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Fitch" SOCAR ilə bağlı proqnozunu yüksəltdi


“Fitch Ratings” reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqi (UED) üzrə proqnozu “stabil”dən “müsbət”ə dəyişib, UED və yüksək təminatsız reytinqini isə “BB+” səviyyəsində təsdiqləyib.

 

Bu barədə agentliyin hesabatında bildirilib.

 

Məlumata görə, bərpa reytinqi “RR4” səviyyəsində təsdiqlənib.

 

SOCAR tam dövlətə məxsusdur və onun reytinqi hazırda “Fitch”in dövlətlə əlaqəli şirkətlər üçün (GRE) reytinq meyarlarına uyğun olaraq Azərbaycanın reytinqinə bərabərdir. 

 

“Biz SOCAR-ın kredit qabiliyyətini “b+” səviyyəsində qiymətləndiririk”, - məlumatda qeyd olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də