
Livan və İsrail arasında dəniz sərhədinin delimitasiyası haqqında saziş imzalanıb.
İmzalanma BMT sülhməramlı qüvvələrinin Ras əl-Nakur burnunda yerləşən qərargahında baş tutub.
Livan və İsrail nümayəndə heyətləri imzalanmış sənədləri BMT-nin xüsusi koordinatoru Coanna Vronetskayaya təhvil veriblər.
Mərasimdə tərəflər arasında vasitəçi kimi çıxış edən amerikalı emissar Amos Hokstin, ABŞ və Fransa səfirləri iştirak ediblər.