
Rusiya Biotexnoloji Universitetinin rektoru Mixail Balıxin həbs edilib.
Moskvanın Qolovinski məhkəməsinin qərarına əsasən, rektor 2022-ci il dekabrın 25-dək istintaq təcridxanasına göndərilib.
Universitet rəhbəri külli miqdarda dələduzluqda ittiham olunur. O, hələlik həbs qərarından apellyasiya şikayəti verməyib.