Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rəsmi Bakı İrandakı terroru PİSLƏDİ


Rəsmi Bakı İrandakı terroru PİSLƏDİ 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranda dini məbədə terror hücumunu pisləyib.

Bu barədə nazirliyin tvitter hesabında məlumat paylaşılıb.

 

“İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında baş verən terror aktından təəssüflənirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmlə üzləşən dövlət kimi Azərbaycan onun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir”, - deyə XİN bəyan edib.

 

Qeyd edək ki, bu gün İranın Şiraz şəhərində yerləşən Şahçerağ ziyarətgahında terror aktı törədilib. 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına hücumu nəticəsində 45 nəfərin öldüyü bildirilir. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də