Almaniya hökuməti ölkədə marixuananı leqallaşdırmağı planlaşdırır.
Bu barədə Almaniyanın səhiyyə naziri Karl Lauterbax məlumat verib.
Hökumət böyüklər arasında istirahət məqsədləri üçün marixuananın leqallaşdırılması ilə bağlı müvafiq qanunvericiliyə dəyişiklik təkliflərini parlamentə təqdim edəcək.
Şəxsi istifadə üçün 20-30 qram marixuananın əldə edilməsi və saxlanması da qanuniləşdiriləcək.