Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının Mali və Mərkəzi Afrika Respublikasında qalma müddəti uzadılıb.
Müvafiq qərar Türkiyə parlamenti tərəfindən qəbul edilib.
Türkiyə hərbçiləri Birləşmiş Millətlər Təşkilatının missiyaları çərçivəsində daha bir il qeyd olunan ölkələrdə qalacaqlar.
Müddətin uzadılması təklifi Türkiyə Prezidenti tərəfindən irəli sürülüb.