Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstan müdafiə xərclərini ARTIRIR


Gürcüstan müdafiə xərclərini ARTIRIR

Gürcüstanın 2023-cü ildə müdafiə xərcləri 1 milyard 260 milyon lari təşkil edəcək.

 

Bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bildirib.

 

Onun sözlərinə görə, cari ilin sonuncu rübündə nazirliyin büdcəsi 10 faiz və ya 80 milyon dollar artırılıb.

 

Gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin daha 260 milyon lari (təqribən 93 milyon ABŞ dolları) artırılması nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsində müdafiə xərcləri 1 milyard 260 milyon lari nəzərdə tutulub ki, bu da cari ilin təsdiq olunmuş büdcəsindən 257,6 milyon lari çoxdur. Artım qarşıdakı illərdə də davam edəcək.

 

C.Burçuladze qeyd edib ki, nazirlik ilk növbədə, kibertəhlükəsizliyin idarə olunması sistemini yaradacaq. Bununla əlaqədar Böyük Britaniya və digər tərəfdaşlar ölkələrlə tədbirlər görülür.

 

Məlumata əsasən, gələn il kibertəhlükəsizlik məsələləri üçün büdcədən 5 milyon lari (1,8 milyon dollar) vəsait ayrılacaq. Kibertəhlükəsizlik sisteminin qurulması üçün qrant və digər şəkildə əlavə vəsaitlər də cəlb olunacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də