"Ford" şirkəti "Sollers" birgə müəssisəsindəki payını sataraq Rusiya avtomobil bazarını tərk edib.
Avtoistehsalçının müəssisədəki payı 49% təşkil edib.
Qeyd olunub ki, "Ford"un səhmləri nominal dəyərinə uyğun olaraq birgə müəssisəyə təhvil verilib. Eyni zamanda, Amerika konserni dünyada vəziyyətin dəyişəcəyi təqdirdə səhmləri beş il müddətinə geri almaq imkanını özündə saxlayır.
Xatırladaq ki, bu ilin mart ayının əvvəlində "Ford Motor" şirkəti Rusiyada fəaliyyətini dayandırdığını elan edib.