Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağ ciyərləri təmizləyən QİDALAR


Ağ ciyərləri təmizləyən QİDALAR

Siqaret çəkənlər mütləq oxumalıdırlar!

 

Siqaret çəkən adamlar öz orqanizmlərini tədricən zəhərləyirlər. Siqaret çəkən adamların ilk növbədə ağciyərləri mənfi təsirə məruz qalır. Hər nəfəsalma zamanı daxilə gedən siqaret tüstüsü ağciyərləri xaricdən örtən kiçik tükcüklərin mikroskoipik yanmalarına, atrofiyalaşmasına və ölməsinə səbəb olur. Nəticədə isə ağciyərlərə qərtan toplanır və selik əmələ gəlir ki, bu da xroniki öskürməyə səbəb olur.

 

Ağciyərləri örtən tükcüklər özünəməxsus bərpaedici xüsusiyyətə malikdir. Onların yenidən bərpa olunması üçün siqaretdən imitina etmək kifayətdir.

 

Siqareti ata bilməyənlər üçün isə yaxşı xəbər var. Belə ki, ağciyərlərdəki nikotin qətranını təmizləmək üçün 4 qida maddəsindən istifadə etmək kifayətdir. Ağciyərləri necə təmizləmək lazımdır?


Ağciyər zədələnmələrindən yalnız siqaret çəkənlər əziyyət çəkmir. Şəhər əhalisinin ağciyərləri demək olar ki, hər gün maşınlarda havaya buraxılan zəhərli qazlardan və kirli havadan da zədələnir. Buna görə də məqaləni diqqətlə oxuyub bu qidalardan istifadə etmək lazımdır.

 

1 Qreypfurt


Bu sitrus meyvəsinin tərkibi hüceyrələrin fəaliyyətini yaxşılaşdıran antioksidantlarla zəngindir. Qreypfurtun tərkibində olan maddələr hüceyrə toxumalarının zəifləməsinin qarşısını alır və onların inkişafını sürətləndirir. Mütəxəssislər siqaret çəkənlərə ağciyər riskini aradan qaldırmaq üçün tünd turşu dadına malik olan qreypfurt yeməyi məsləhət bilir.

 

2 Sarımsaq


Sarımsaq yüzlərlə xəstəliyi müalicə edir. O oraqnizmə müalicəvi təsir göstərir və sağalmanı sürətləndirir. Ağ ciyər xəstəliklərinin müalicə və profilaktikası üçün sarımsaq yemək çox faydalıdır.

 

3 Zəncəfil


Zəncəfil antibakterial və virus əleyhinə təsirə malikdir. Zəncəfil damarları genişləndirir, bəlğəmi xaric edir və bronxial kanalların regenerasiyasını sürətləndirir.

 

4 Yerkökü


Yerkökü A, C, E, K və B qrup vitaminləri ilə zəngindir. A vitamini hüceyrələrin və epitel toxumalarının vəziyyətini yaxşılaşdırır. Ağ ciyər toxumalarına dəyən nikotin zəhərlənmələrini təmizləmək üçün yerkökünü çiy halda yemək lazımdır. Yerkökü şirəsi isə insan sağlamlığı üçün lazım olan vitamin və mineral deposudur.

 

Əgər siz iradənizə üstün gəlib siqareti atmısınızsa, o zaman ağciyərlərinizi təmizləyin. Bu qidalardan istifadə etmək sizin ağciyər funksiyanızın bərpasına və yaxşılşamasına səbəb olacaq. Bu zaman siz yaxşılaşmanı beyin fəaliyyətinizdə, dad reseptolarınızda hiss edəcəksiniz. Bu zaman siqaret qoxusu sizi özünə cəlb etməyəcək və ağzınıza qoyduğunuz hər bir qidanın


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də