
Rusiyanın Tıva respublikasında hərbi komissarlıqda yanğın olub.
Hadisə oktyabrın 25-i Kızıl şəhərində qeydə alınıb.
Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə gəldikdə hərbi komissarlığın binasının pəncərəsində yanğın baş verib. Yanğının qarşısını almaq üçün 12 yanğınsöndürən və 3 texnika cəlb olunub.
Yanğının qəsdən törədildiyi ehtimal edilir. Belə ki, hadisə yerində şüşə qırıqları və yanacağa batırılmış parça aşkar olunub.