Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

FHN-nin Akademiyasında yeyinti AŞKARLANDI


FHN-nin Akademiyasında yeyinti AŞKARLANDI

Hesablama Palatası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında audit aparıb.

 

Audit 2020 və 2021-ci illər üzrə maliyyə əməliyyatlarını əhatə edib.

 

Bildirilib ki, audit hesabatından maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olmamasını təsdiqləyən yetərli münasib audit sübutları əldə etmək qeyri-mümkün olub.

 

Qeyd olunub ki, bu təhriflərin maliyyə hesabatlarına təsiri əhəmiyyətli xarakter daşıyır.

 

Audit hesabatında göstərilən nöqsanlara dair Fövqəladə Hallar Nazirliyinin Akademiyasının 2022-ci il 30 iyun tarixli 3734-00609 nömrəli məktubla iradlarının olmadığının qeyd edilməsi;

 

Dövlət büdcəsindən ayrılan vəsait hesabına mal göndərən (podratçı) təşkilata qabaqcadan ödənilmiş məbləğə (31.12.2020-ci il tarixə 189041,17 manat;

 

31.12.2021-ci il tarixə 96055,19 manat) hesabat ilində “gələcək hesabat dövrlərinin gəliri” adı ilə şərti öhdəlik yaradılaraq maliyyə hesabatlarında tanınması;

 

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi tərəfindən təsdiq edilən 2021-ci il 03 may tarixli “Mal-material ehtiyatların silinməsi üzrə Akt”a əsasən 2009-2020-ci illər üzrə istismar olunan 3 089 997,46 manat dəyərində yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin maliyyə hesabatlarından silinməsi;

 

Audit qrupuna imzasız təqdim olunan 2021-ci ildə Nazirliyin tabeliyində olan hüquqi şəxslər tərəfindən Akademiyaya verilmiş və maliyyə hesabatlarında tanınan 391 596,53 manat dəyərində əsas fondlar və mal-material ehtiyatlarının qəbulu;

 

Fövqəladə Hallar Nazirliyinin 2020-ci il üzrə 13 fevral tarixli 013 nömrəli və 30 dekabr tarixli 112 nömrəli təmir-bərpa işlərinin balansdan-balansa verilməsi və əsas vəsaitlərin balansa götürülməsinə dair əmrlərin icra vəziyyəti.

 

Maliyyə hesabatlarında müşahidə edilən təhriflərin həcmi, kəmiyyət təsirini və mahiyyətini nəzərə alaraq, ümumi əhəmiyyətliliklə hesabatverməyə tətbiq olunan əhəmiyyətliliyin müqayisəsi aparılmış, risklərdən hər hansı birinin əhəmiyyətli olub-olmadığı nəzərdən keçirilib, əhəmiyyətli təhriflər riski maliyyə hesabatı səviyyəsində qiymətləndirilib, maliyyə əməliyyatlarının kateqoriyaları, hesab qalıqları və açıqlamalar təsdiqləmələr səviyyəsində təhlil edilib

 

Hesablama Palatası hesab edir ki, əldə etdilən audit sübutları rəyi əsaslandırmaq üçün yetərli və münasibdir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də