İran Avropa İttifaqına qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına 12 fiziki və 8 hüquqi şəxs daxil edilib.
Bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, İran Aİ-yə cavab addımı olaraq sanksiyalar tətbiq etmək qərarına gəlib.
Məlumata görə, sanksiya siyahısına Almaniyanın “Deutsche Welle” media şirkətinin fars dilində olan redaksiyası və Fransanın “Radio France” radiostansiyası da daxil edilib.
Bundan əlavə, İran Almaniyanın “Bild” qəzetinin redaktorlarına və Avropa parlamentinin bir neçə üzvünə qarşı da sanksiya tətbiq edib.