Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Bu, böyük səadətdir ki, bizə nəsib oldu” - ANAR


“Bu, böyük səadətdir ki, bizə nəsib oldu” - ANAR

Qurultay 3 il əvvəl olmalı idi. Gecikmənin səbəbi pandemiyadır, amma buna baxmayaraq, qurultaya hazırlıq işləri görülüb və AYB-də müzakirələr aparılıb.

 

Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev AYB-nin XIII qurultayında çıxışı zamanı deyib. 

 

"Hər şeyə iki cür baxmaq olar, pis və yaxşı gözlə. Bu gün biz qurultayı zəfər çalmış ölkənin nümayəndələri kimi keçiririk. Bu gün torpaqlarımızın azad olunmasını ölkəmizin gözü, tacı olan Şuşada alnıaçıq qeyd edirik. Bu, böyük səadətdir ki, bizə nəsib oldu", - yazıçı Anar bildirib.

 

Qeyd edək ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də