Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Balkan yarımadasında müharibə təhlükəsi ARTIR


Balkan yarımadasında müharibə təhlükəsi ARTIR 

Kosovo Qərb ölkələrinin çağırışlarına baxmayaraq, etnik serblərin avtomobil nömrələrinin dəyişdirilməsi ilə bağlı mübahisəli qərarını icra edəcəyini bildirib.

 

Bu barədə Kosovonun Baş naziri Albin Kurti məlumat verib.

 

"Son tarix 31 oktyabrdır, bütün Kosovo vətəndaşları Miloşeviç dövründən qalma köhnə avtomobil nömrələrini qanuni nömrələrlə əvəz etməlidir", - o deyib.

 

Kurti bildirib ki, Kosovoda təxminən 10 min avtomobil köhnə nömrələrə sahibdir.

 

Kosovo hökuməti avqustun 1-dən etibarən ölkə ərazisində yaşayan serblər də daxil olmaqla, hər kəs üçün Kosovoya məxsus avtomobil nömrə nişanı daşıma öhdəliyi ilə bağlı qaydalar tətbiq edəcəyini açıqlayıb. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, yollarda barrikadalar qurulub, bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olub. Daha sonra yeni qaydaların tətbiqinin sentyabrın 1-dək təxirə salındığı açıqlanıb.

 

Kosovonun əsas dəstəkçiləri olan ABŞ və Avropa Birliyi açıq şəkildə baş nazir Albin Kurtidən bu qaydanı 10 ay təxirə salmağı və etnik gərginlikdən qaçmağı xahiş ediblər. Hökumət serblərə yeni avtomobil nömrələri almaq üçün sentyabrın 1-dən başlayaraq 60 gün vaxt verib.

 

Serbiya prezidenti Aleksandar Vuçiç jurnalistlərin Kosovonun təyin etdiyi vaxtın bitməsindən sonra nə baş verəcəyi barədə sualına belə cavab verib: "Xalqımızı çətin zamanlar gözləyir və nəyisə proqnozlaşdırmaq mənim üçün çətindir".

 

Ekspertlər xəbərdarlıq edir ki, problem diplomatik yolla həll edilməsə, Balkan yarımadasında yeni müharibə başlaya bilər.

 

Kosovo 2008-ci ildə müstəqilliyini elan edib, lakin ölkənin şimalında yaşayan təxminən 50.000 etnik serb Priştina hakimiyyətini tanımaqdan imtina edir və Serbiyanın qanunları ilə hərəkət etməyə üstünlük verirlər.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də