
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 24-də Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Bosniya və Herseqovinanın Kakanj şəhərində keçirilən Ukrayna-Azərbaycan oyunu 5:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Millimizin qollarını 77-ci dəqiqədə Hüseyn Hüseynov və 83-cü dəqiqədə penaltidən Murad Məmmədov vurub.
Komandamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 27-də Lixtenşteyn yığmasına qarşı keçirəcək.