
Amerikalı aktyor Lesli Cordan yol qəzasında dünyasını dəyişib.
Hadisə oktyabrın 24-də Los-Ancelesdə baş verib.
Məlumata görə, 67 yaşlı Cordanın sükan arxasında halı pisləşib. İdarəetməni itirən aktyorun avtomobili binaya çırpılıb.
Qəza zamanı ağır xəsarətlər alan Cordonun həyatını xilas etmək mümkün olmayıb.